09 dekabr 2019 14:39
957

Rusiyaya sərt qadağa

Rusiya olimpiadalarda və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub

Rusiya irimiqyaslı yarışlardan, o cümlədən olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi yekdilliklə qərar çıxarıb.

Bundan başqa, Rusiya 4 il müddətinə dünya çempionatları keçirmək və ya mundialların təşkili üçün ərizə vermək hüququndan da məhrum edilib. Qadağa dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə şamil olunub.