11 avqust 2020 15:41
897

Rustov kəndində ev yandı

Quba rayonunun Rustov kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 40 m² olan talvarın lambirindən ibarət tavanı yanıb.

“İki sahil” FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.