03 iyul 2020 10:54
1256

Sabah Bakı küçələrində xüsusi kimyəvi maddələrlə dezinfeksiya aparılacaq

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə sabah, iyul ayının 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır. Bu barədə “İki sahil”ə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib. Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.