03 iyul 2020 12:02
928

“Sabah” baş məşqçisini göndərdi

“Sabah” futbol klubu baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb.”

İki sahil” klubun saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. "Sabah" Jelko Sopiçə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, klub Sopiçlə yanaşı, köməkçisi Marko Lozo və fiziki hazırlıq üzrə mütəxəssis İvan Çukoviçlə də yollarını ayrıb.