01 oktyabr 2019 19:13
882

Sabah bu rayonlara təbii qaz fasilələrlə veriləcək

Sabah Yardımlı, Lerik və Şamaxı rayonlarına təbii qaz fasilələrlə veriləcək

Oktyabrın 2-də saat 08:30-dan 19:00-dək Qaz İxrac İdarəsi “Ordahal-Yardımlı” magistral qaz xəttinin 8-ci kilometrliyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi işlərini icra edəcək. Bu zaman Yardımlı və Lerik rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq. Bundan başqa, idarənin “Şamaxı” Qaz Paylayıcı Stansiyasında aparacağı quraşdırma işləri ilə bağlı Şamaxı rayonunun bir neçə kəndində də qaz fasilələrlə veriləcək.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.