31 oktyabr 2020 15:51
877

"Sabah" klubu iki futbolçusunu əfv etdi

"Sabah" klubu əvəzedici komandaya göndərdiyi üç futbolçudan ikisi ilə bağlı qərar verib.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, Masazır təmsilçisi hücumçu Emil Qasımovla yollarını ayırıb.

I Divizion təmsilçisi "Kəpəz"in təklifini müsbət dəyərləndirən klub rəhbərliyi 20 yaşlı forvardın Gəncə komandasına keçidinə mane olmayıb. Qasımov yeni klubu ilə 2020/2021 mövsümünün sonunadək müqavilə bağlayıb.

Müdafiəçi Elçin Mustafayev isə əvəzedici komanda ilə məşqlərə cəlb olunub. Arxa xətdə problem olduğundan məşqçilər heyəti gənc oyunçunun xidmətindən yararlanmağa qərar verib. O, I Divizionda IV turun MOİK-lə oyununda (4:1) iştirak edib.

Digər futbolçu Şakir Seyidovla bağlı isə qərar qəbul olunmayıb. Rəhbərlikdən 20 yaşlı yarımmüdafiəçiyə hələ də fərdi məşq etməsi tapşırılıb.

Qeyd edək ki, "Sabah" rəhbərliyi yeni müqavilə təklifini geri çevirən hər 3 futbolçunu komandadan kənarlaşdırmışdı. Daha sonra onlar əvəzedici heyətə göndərilsələr də, komanda ilə məşqlərə buraxılmırdılar.