Dağıstanın keçmiş Mətbuat və İnformasiya naziri Nəriman Hacıyev həbs olunub.
Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, eks nazir Sloveniyada saxlanılıb.
Məlumata görə, hazırda tərəflər onun Rusiyaya ekstradisiyası məsələsini müzakirə edir.
Qeyd edilir ki, N.Hacıyev 2011-2012-ci illərdə büdcə vəsaitlərini mənimsəmək ittihamı ilə axtarışa verilib.