“Liverpul” futbol klubunun hücumçusu Sadio Mane komandasının cari mövsüm Premyer Liqanın qalibi olacağına əminliyini bildirib.
AZƏRTAC “Sport.ua” istinadla xəbər verir ki, futbolçu 29 ildən sonra komandasının çempion tituluna yiyələnəcəyinə inandığını vurğulayıb: “Bu, zəiflərin komandası deyil. Biz liqanın ən güclü komandası olduğumuzu sübut edəcəyik”.
Çempionatın sonuna 16 matç qalmış 57 xalla turnir cədvəlinin lider olan “Liverpul” ikinci yeri tutan “Mançester Siti”dən 4 xal irəlidədir.