27 mart 2020 17:02
1540

"Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyası yüksək fəallıqla davam etdirilir - FOTO

Yeni Azərbaycan Partiyasının könüllülərinin mart ayının 21-dən başladığı "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyası yüksək fəallıqla davam etdirilir.

Karantin rejimi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin çağırışına əsasən Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə ahıl və tənha yaşayan insanlara yardım paylayıblar.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan Yeni Azərbaycan Partiyasının fəalları və könüllüləri bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edirlər.