18 may 2019 09:40
888

Salyanda minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb

Salyanda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət aıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində minik avtomobili idarəetməni itirərərk aşıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Bakı sakinləri - 1987-ci il təvəllüdlü Verdiyev Ramil Rəhman oğlu və Əliyev Nemət Mirəli oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.