21 avqust 2019 13:20
496

Salyanda minik avtomobili yanaraq yararsız hala düşüb

Salyan rayonunda minik avtomobili yanıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Neftçala rayonunun Xolqaraqaşlı kənd sakini, 1967-ci il təvəllüdlü Abseynov Cəmaləddin Şirinbala oğlu idarə etdiyi “Daewoo Nexia” markalı avtomobillə hərəkətdə olarkən maşın qəfildən yanmağa başlayıb. Alovu söndürmək mümkün olmadığından avtomobil yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.