29 sentyabr 2020 11:57
1209

Sami Yusufdan Azərbaycana dəstək

Böyük Britaniyada yaşayan dünya şöhrətli azərbaycanlı müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna dəstəyini bildirib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, sənətçi bununla bağlı “Tvitter” səhifəsində paylaşım edib.

“Düşüncələrim və dualarım Azərbaycanladır”, - deyə S.Yusif paylaşımda vurğulayıb.

O, bu paylaşımına “Qarabağ Azərbaycandır” həştəqini əlavə edib.