Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
26 sentyabr 2020 18:37
317

Sankt-Peterburq ilə əlaqələrin inkişafına dair məsələlər müzakirə olunub

Sentyabrın 25-26-da Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburqa səfər edib. Səfər çərçivəsində o, qubernator Aleksandr Beqlovla görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın bu il noyabrın 12-14-də Sankt-Peterburqda keçiriləcək IX Beynəlxalq Mədəniyyət Forumunda iştirakına hazırlıqla bağlı məsələlər müzakirə olunub. Xatırladaq ki, Azərbaycan builki forumda “qonaq ölkə” xüsusi statusu ilə iştirak edəcək.

Görüşdə, həmçinin humanitar-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, ölkəmizdən Sankt-Peterburqa kənd təsərrüfatı məhsullarının ixracı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.