19 fevral 2020 17:11
1269

Sarkisyan iki generalı işdən çıxardı

Ermənistan prezidenti Armen Sarkisyan Hərbi polis idarəsinin rəisi, general-mayor Artur Bağdasaryanın və silahlı qüvvələrin şəxsi heyətlə iş şöbəsinin müdiri, general-mayor Aleksan Aleksanyanın vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, sərənca imzaladığı gündən qüvəyyə minib.

Daha əvvəl baş nazir Nikol Paşinyan bu iki şəxsin vəzifəsindən azad edilməsi ilə bağlı Sarkisyana müraciət edib.

Xatırladaq ki, bu il ərzində Ermənistanın 15 hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub.