24 yanvar 2021 08:19
1095

"Səbail" - "Zaqatala"nı qəbul edəcək

Bu gün Azərbaycan Kuboku 1/8 final mərhələsindən start götürür.

“İki sahil”in məlumatına görə, start matçında Premyer liqa məmsilçisi “Səbail” I Divizion təmsilçisi “Zaqatala”nı qəbul edəcək.

“ASCO Arena”da reallaşacaq qarşılaşmanı Namiq Bəkirov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbovdan ibarət hakimlər briqadası idarə edəcək. Babək Quliyev hakim-inspektor, Mübariz Hüseynov AFFA nümayəndəsi olacaq.

Matç saat 15:00 başlayacaq.