Azərbaycan Premyer Liqasında 1-ci turun oyunları davam edir.
Qol.az-ın məlumatına görə, bu gün daha bir matç keçirilib. Avrokuboklarla erkən vidalaşan "Səbail" "Zirə" ilə qarşılaşıb. "ASCO Arena"a keçirilən görüşdə Aftandil Hacıyevin komandası minimal hesabla qalib gəlib - 1:0.
Qeyd edək ki, ilk tura sabah oynanılacaq "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
18 avqust (bazar)
20:00. “Səbail” – “Zirə” - 1:0
Qol: Yevgeni Koçuk, 79-pen (1:0)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
“ASCO Arena”.
19 avqust (bazar ertəsi)
20:00. “Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
“Bakcell Arena”
16 avqust
“Keşlə” – “Qarabağ” - 0:1
17 avqust
19:00. “Qəbələ” – “Sumqayıt” - 0:2