29 yanvar 2020 18:03
1106

Seçicilər YAP-ın namizədini dəstəkləyir - FOTO

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən YAP-ın deputatlığa  namizədi  Saleh Ələskərovun təbliğat-təşviqat qrupunun üzvləri  rayonun Rəncbər kəndində seçicilərlə görüş keçiriblər.

Görüşü YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov açaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələr üzrə yüksək inkişaf əldə olunub, əhalinin rifah halı yüksəlib, regionların siması əhəmiyyətli dərəcədə dəyişib və bu dəyişiklik hər bir vətəndaşımızın həyatına müsbət təsir göstərib. Eyni zamanda, Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Azərbaycan bu gün həm regionda, həm də beynəlxalq müstəvidə öz yeri, rolu və xüsusi çəkisi olan ölkədir. Ona görə də Prezident İlham Əliyevə olan etimadı, eyni zamanda, onun rəhbərlik etdiyi partiyaya da şamil etmək olar.

H. Bəşirov çıxışının sonunda seçiciləri seçki məntəqələrinə səsləyərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

YAP-ın səlahiyyətli nümayəndəsi, YAP Hacıqabul rayon təşkilatının sədr müavini İsmayıl İbrahimov çıxış edərək bildirib ki, partiyamızın namizədlərinə səs vermək daha güclü Azərbaycana səs vermək deməkdir.

Səlahiyyətli nümayəndə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq siyasəti Hacıqabul rayonunda da əyani şəkildə özünü göstərir. Ötən illər ərzində Hacıqabulda geniş quruculuq işləri həyata keçirilib və bütün bunlar ictimaiyyətin gözü qarşısında baş verib. Görülən işlər nəticəsində rayon xeyli abadlaşıb, onun siması əhəmiyyətli dərəcədə dəyişib və əhalinin rifah halı yüksəlib. Bu proses hazırda da davam etməkdədir.

Görüşdə iştirak edən seçicilər və partiya fəalları YAP-ın namizədinin qələbə qazanacağına əminliklərini ifadə ediblər.

Elçin Zaman, «İki sahil»