23 yanvar 2020 18:51
1045

Seçkilərin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçki kampaniyası  çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 78 saylı Lerik seçki dairəsi üzrə namizədliyi irəli sürülən İqbal Məmmədov seçicilərlə görüşlərini davam etdirir. Növbəti belə görüş Lerik rayonun ən ucqar ərazisi sayılan Daster, Bradi, Hamarat, Dızdipok kəndlərində yaşayan əhali ilə keçirilib.  

Görüşdə YAP Mərkəzi Seçki Qərargahı Lerik rayon şöbəsinin sədri Cəlil Baxşıyev çıxış edərək Azərbaycanın bugünkü dinamik  inkişafında Yeni Azərbaycan Partiyasının apardığı siyasətin rolundan, rayonda görülən quruculuq işlərindən, insanların sosial vəziyyətinin yaxşılaşmasından genış şəkildə söhbət açıb. Seçkilərlə bağlı görülən işlərdən də danışan C. Baxşıyev bildirib ki,  əvvəlki seçkilərdə olduğu kimi, bu seçkinin də şəffaf keçməsi üçün hər cür şərait yaradılıb.

Deputatlığa namizəd İqbal Məmmədov özünün seçki platforması barədə məlumat verib. Daha sonra qeyd edib ki, partiyanın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm YAP, həm də dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Təbii ki, bütün bunlara görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdar olmalıyıq. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə də davam edəcək”.

Görüşdən sonra İqbal Məmmədov bir sıra vətəndaşları fərdi qaydada qəbul edərək onların problemləri ilə maraqlanıb və qeydlər aparıb.

Taleh Bağırov, “İki sahil”