16 yanvar 2021 14:09
778

Səfərbərlikdən tərxis edilmiş şəxslərin 1700-dən artıq müraciətinə baxılıb

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.
“İki sahil” xəbər verir ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən 5 gün ərzində 1550 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 193 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.