12 avqust 2020 15:28
805

Səfirin ölkəmizdə diplomatik fəaliyyəti başa çatıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Mohamed Alqubaisinin ölkəmizdə diplomatik fəaliyyəti başa çatıb.

Bu barədə səfirliyin "Twitter" səhifəsində məlumat paylaşılıb.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səfirlə vida görüşü keçirib.

Görüşdə tərəflər Azərbaycanla BƏƏ arasındakı uğurlu əlaqələrdən razılıq ifadə edib, gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.