04 oktyabr 2019 14:42
1068

“Səhra şəraitində qidalanmanın təşkili” - FOTO

2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq xidməti tərəfindən qoşun növü, birlik, birləşmə və hissələrin ərzaq xidməti rəisləri ilə “Səhra şəraitində qidalanmanın təşkili” mövzusunda nümunəvi məşğələ keçirilib.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məşğələnin planına uyğun olaraq bölmənin ərzaq məntəqəsinin ərazidə açılması, səhra şəraitində yeməklərin hazırlanması, çörəyin bişirilməsi, hərbi qulluqçuların qidalanmasının təşkili üsulları praktiki olaraq nümayiş olunub, həmçinin uçot sənədlərinin düzgün aparılması və qorunması qaydaları izah edilib.