20 sentyabr 2019 12:04
610

Səkkiz ayda geyim məmulatlarının istehsalı 8,1 faiz artıb

Bu ilin 8 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 270,7 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə toxuculuq sənayesində 35,8 faiz, geyim istehsalında 8,1 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 16,4 faiz azalma müşahidə olunub.