24 sentyabr 2020 18:51
791

Səkkiz ayda qızıl istehsalı azalıb

Yanvar-avqust aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 2364,6 kiloqramı qızılın payına düşüb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz azalıb.

Sentyabrın 1-nə olan vəziyyətə əsasən, 293,2 kiloqram hazır qızıl ehtiyatı var.