03 iyun 2019 17:17
1750

Səlahət Ağayev daha 2 il "Neftçi"də

"Neftçi” PFK futbolçu Səlahət Ağayevlə müqavilənin müddətini 2 illiyə artırıb. 28 yaşlı qapıçı 2020/2021-ci illər mövsümünün sonunadək komandamızın formasını geyinəcək.

"İki sahil" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 


Qeyd edək ki, Səlahət Ağayev son mövsüm bütün oyunlarda (32 oyun) meydana çıxıb.