KÖŞƏ

Vəli İlyasov

Selcan Yağmur Əli Kərimlini niyə “qonşu arvad” adlandırdı?

07 oktyabr 2019 20:01
383

Dırnaq arasında olan bu iki kəlmənin əsl mənasını açmaq üçün bir xatırlama vermək lazımdır

Xatırlayırsınızsa,  Əli Kərimlinin tapşırığı ilə Nardaran hadisələri zamanı dini  ekstremist qrupa - Taleh Bağırzadə və dəstəsinə açıq dəstək missiyasını Fuad Qəhrəmanlı həyata keçirirdi. Sonra məlum oldu ki, Əli Kərimli bu missiyanı Qəhrəmanlının üzərinə yükləməklə həm radikal dini siyasətini həyata keçirib, həm də partiya daxilindəki potensial rəqibinin həbsxanaya göndərilməsinə nail olub. Qəhrəmanlının cinayət xarakteri daşıyan Konstitusiya quruluşuna qarşı açıq çağırışları nəticəsində həbs olunmasından sonra AXCP sədri yeni manevrlər etdi. Taleh Bağırzadənin həbsi ona bu qrupu öz komandasına birləşdirmək imkanı yaratdı. 

Elektoratının bir qədər genişlənməsi AXCP sədrinin daha geniş qol-qanad açması üçün şərait yaratmışdı. Bu, həm Qərb dairələrinin pullu planlarında yer almaq, həm regiondakı dini-klerikal dairələrdən siyasi ambisiyaları üçün istifadə etmək, həm də siyasiləşməkdə olan dini qrupun potensialını kiçilmiş elektoratın böyüdülməsinə yönləndirmək baxımından sərfəli idi. Nardaran hadisələrindən sonra “Milli Şura”nın mitinqində siyasiləşmiş dindarların aktiv iştirakı hadisələrin AXCP sədrinin xeyrinə cərəyan etdiyini göstərirdi, lakin sonrakı mərhələdə siyasi dini qrupun ona olan inamı azaldığından dəstəyi zəiflədi.  Qəhrəmanlının həbsdə olması, Gəncə terroru ilə radikal dini dairələrin AXCP-nin dəstəyi ilə həyata keçirdikləri siyasi həmləni  silahlı hücumla əvəzləmək gedişləri, Qərb dövlətlərinin proseslərin Avropanın enerji təhlükəsizliyinə rol oynayan layihələri hədəfə alması və s. amillər əsas rol oynayırdı. Həmin vaxtdan sonra dini ekstremistləri “vicdan məhbusu”, “siyasi dustaq” kimi qəbul etdirmək prosesi aparıldı.  Lakin Əli Kərimli artıq dini qrupun  dəstəyini əvvəlki qədər hiss etmirdi. Ona görə də Fuad Qəhrəmanlının həbsdən çıxmasından sonra o, siyasiləşmiş dindarları ətrafına cəlb etmək prosesini yenidən aktivləşdirdi.

Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun atasının əslində necə insan olduğunu və baş verənlərdə atası qədər Əli Kərimlinin də rol oynadığının açıqlaması isə bu planı alt-üst etdi.  Əli Kərimli başda olmaqla partiya rəhbərliyinin gerçəkdə diktator mahiyyətini ortaya çıxardı. Lakin sonrakı proses Əli Kərimlinin siyasi dini qrupun  dəstəyini qazanmaq üçün müəmmalı  “dini dəyərlər” oyunu oynadığını göstərir. Bunu anlamaq üçün Qəhrəmanlı ilə Zümrüd və Selcan Yağmurların ictimailəşən ailədaxili qarşıdurmasına, bu qarşıdurmada Əli Kərimlinin tutduğu mövqeyə və hadisələrin inkişaf xəttinə baxmaq kifayətdir.

Əvvəlcə qeyd etmək lazımdır ki, Qəhrəmanlı-Yağmurlar davası AXCP-də ikitirəlik yaratdı. Cəbhəçilərin Yağmurları linç etməsinin səbəbi partiyanı pis vəziyyətdə qoyması, xüsusilə Selcan Yağmurun məlum açıqlamasında Əli Kərimlini “qonşu arvad” adlandırması idi. Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur 25 sentyabrdakı paylaşımında “bir ad əlavə çəkilib deyə, bütün haqqı və gerçəyi bu fakta qurban kəsib sədaqətçilik oynayanlar” sözləri də bunu təsdiqləyir.

Lakin Əli Kərimlinin prosesi dini müstəviyə keçirməsi də ayrıca diqqət çəkdi. Əvvəlcə “nankor övlad”, “ata haqqı”, “ailə dəyərləri” kimi mühafizəkar ittihamlar irəli sürüldü, daha sonra cəbhəçilər Selcan Yağmurun digər “qəbahətlərini” süni surətdə qabartmağa başladılar. AXCP sədri Əli Kərimli-müavini Fuad Qəhrəmanlı-Zümrüd və Selcan Yağmurların üçtərəfli qarşıdurması demək olar ki, hər gün müxalfət mətbuatının gündəmini zəbt etdi, biabırçılıqdan bütün ölkə xəbər tutdu. Bilməyənlərə də agah oldu ki, AXCP rəhbərliyini təmsil edənlər hansı yuvanın “quşlarıdır.” Hay-küylü qalmaqalda  Əli Kərimlinin düşündükləri şirin arzular çin olmadı və Yağmurlar tərəfindən əlavə “qonşu arvad” epiteti qazandı.

Yaqut Ağaşahqızı
Müxalifət oyununun sonu
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...