27 yanvar 2020 16:00
1440

Selena Qomez: İstismar qurbanıyam

Məşhur müğənni Selena Qomez 7 il eşq yaşadığı Castin Biber haqqında fikirlər səsləndirib.

“İki sahil” xəbər verir ki, S.Qomez “Lose You to Love Me” mahnısının C.Biberlə 7 illik münasibətləri haqqında olduğunu deyib.

Nifrət mahnısı olmadığını bildirən müğənni, əlavə edib ki, gözəl anlar yaşayıb: “Çox çətin idi. Ayrıldığımıza çox şadam”.

C.Biberlə münasibətlərin həyatının ən çətin dövrü olmadığını bildirən S.Qomez, əlavə edib ki, C.Biberdə gücü tapıb: “Qurban təfəkküründən xilas olmamaq təhlükəlidir. Hörmətsizlik etmirəm, bir növ istismar qurbanı olduğumu hiss edirəm”.