16 yanvar 2021 01:03
1767

Selfi çəkərkən öldü - VİDEO

Hindistan sakini Nirupama Prajapati selfi çəkmək istəyərkən güclü axını olan çaya düşərək ölüb.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şahidlərdən biri tərəfindən videoya çəkilib.

Bildirilir ki, təxminən 22 saatdan sonra Prajapatinin cəsədini yıxıldığı yerdən təxminən 500 metr aralıda, çayın dərin hissəsindəki daş çökəkliyində tapılıb.

Qeyd edək ki, ötən il ingilis “Instagram” bloqqeri və model Madalyn Davis Avstraliyada selfi çəkməyə çalışdığı zaman tarazlığını itirərək uçurumdan yıxılaraq ölmüşdü.