14 yanvar 2020 12:56
1200

Selfi uğruna can verdi

İngilis model Madalyn Davis Avstraliyanın Sidney şəhərinin məşhur məkanlarından olan “Diamond Bay” uçurumunda selfi çəkərkən yıxılıb.

“İki sahil” xəbər verir ki, hadisə nəticəsində 21 yaşlı model dünyasını dəyişib.

Bildirilir ki, Sidneyə köçən model günəşin çıxmasını izlədikdən sonra selfi çəkmək üçün təhlükəsizlik barierinin üzərinə çıxıb. Müvazinətini itirən Davis 30 metr yüksəklikdən yıxılıb.