14 sentyabr 2019 15:20
2190

Sənan Süleymanov dünya çempionatının 1/4 finalında

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı start götürüb.

Trend-in məlumatına görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72 və 82 kq-da mübarizə baş tutur.

Sənan Süleymanov debütdə Xorvatiya güləşçisinə qalib gəlib. İlk dəfə mundiala qatılan güləşçimiz 1/8 finalda əzmkar qələbə qazanıb. Gürcüstan güləşçisi 5:3 öndə olsa da, Sənan əla geridönüş edərək adını 1/4 finala yazdırıb.

Rafiq Hüseynov təsnifat mərhələsində çətinlik çəkmədən Moldova təmsilçisini məğlub edib.