01 iyun 2020 17:00
851

Sənubər Səfərova: Cənab Prezident, ölkəmizin rəhbəri olduğunuza görə özümüzü rahat və güvənli hiss edirik

Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və təqdir edilir. Bu mənada  ölkəmizin bütün regionlarından dövlətimizin başçısına çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

“İki sahil” dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.

Sumqayıt şəhərindən Nərmin Hümbətli: “Möhtərəm cənab Prezident! Mən 8-ci sinif şagirdiyəm. Məktəbimiz Azərbaycanın öndə gedən təhsil ocaqlarındandır və bunda Sizin payınız böyükdür. İndiki vəziyyətə görə dərslərimizə evdən- “Dərs vaxtı” layihəsindən, onlayn dərslərdən və “Virtual məktəb” proqramından davam edirik. Buna görə də, cənab Prezidentimiz, Sizə çox təşəkkür edirik. Dünyanı sarsan COVID-19 pandemiyası dövründə ölkəmizin əhalisinin sağlamlığının qorunması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması üçün gördüyünüz mühüm işlər göz önündədir. Qısa müddət ərzində yeni modul tipli xəstəxanaların tikilməsi, tibbi maska və geyim istehsalı müəssisəsinin istifadəyə verilməsi və etdiyiniz bir sıra başqa tədbirlər Sizin xalqa olan sevginizin və uzaqgörən siyasətinizin nəticəsidir ki, dünyada geniş yayılan bu xəstəliyin ölkəmizdə də bu cür sürətlə yayılmasının qarşısına böyük sədd çəkdi. Mən də məktəbli və bir həkim qızı olaraq Sizin Sərəncamlarınız, tapşırıqlarınız və çağırışlarınıza diqqətlə qulaq asır və layiqincə yerinə yetirməyə çalışıram. Ümid edirəm ki, bu pandemiya tezliklə başa çatar və bütün çətinliklərdən olduğu kimi, bu çətinliyin də öhdəsindən gələrik. Xalqımız Sizi çox sevir və Sizin xarici və daxili siyasətinizə çox güvənir. Hər çətin günümüzdə bizim - Azərbaycan xalqının yanında olduğunuz üçün Sizə təşəkkür edir, işlərinizdə uğurlar, sağlam və işıqlı həyat yolu arzulayırıq.”

Sumqayıt şəhərindən  Aişə Səfərli: “Möhtərəm cənab Prezident! Bütün dünyanı çalxalayan koronavirus pandemiyasının ölkəmizi təsirləri Sizin sayənizdə minimum səviyyəyə endirildi. Yürütdüyünüz mükəmməl daxili və xarici siyasətin nəticəsidir ki, bu dövrdə digər başqa ölkələrdə baş verən böhran vəziyyəti ilə üzləşmədik. Bu çətin sınaq göstərdi ki, Azərbaycanın maliyyə dayaqları və infrastukturu dayanıqlıdır. Biz buna Sizin rəhbərliyiniz altında uzun illər görülən məqsədyönlü işlərin, çəkilən zəhmətin sayəsində nail olmuşuq. İnanırıq ki, bu yolu uğurla davam etdirəcəyik. Bütün bunlar üçün Sizə minnətdarıq.”

Bakı şəhərinin  Sabunçu rayonundan Sənubər Səfərova: “Hörmətli cənab Prezident! Sizə və ailənizə olan sevgim sonsuzdur. Sizlərə olan hörmət və sevgini çatdırmaq da mənə xoşbəxtlik hissləri yaşadır. Mən xarici ölkələrdə olanda Vətənim haqqında fəxr və qürur hissi ilə danışıram. Yaşadığım şəhərin gözəlliyindən, ölkəmin inkişafından bəhs edəndə bilirəm ki, bunlar Sizin sayənizdədir. Yorulmaz fəaliyyətinizə, əzmkarlığınıza görə Sizə minnətdarlığımı bildirir, Allahdan Sizə cansağlığı arzu edirəm. Ölkəmizin rəhbəri olduğunuza görə özümüzü rahat və güvənli hiss edirik. Sizin siyasətinizi dəstəkləyir və təbliğ edirik.”

Gəncə şəhərindən Fazil Səfixanov: “Çox hörmətli cənab Prezident! Pandemiya dövründə ölkəmizdə aparılan dezinfeksiya və təmizlik işlərinə görə Sizə minnətdarlıq bildirməyi özümə borc bilirəm. Mən fəxr edirəm ki, Sizin kimi qayğıkeş və humanist dövlət başçımız var. Azərbaycanın uğurlarını gözü götürməyən insanlara, bu ölkəyə qara ləkə kimi yapışan ünsürlərə, həmçinin xalqın çətin günündə xəyanətkar mövqe tutan şəxslərə qarşı mübarizənizi də dəstəkləyirəm. İnşallah, Vətənimizi belələrindən təmizləyib ağ günlərə çıxaracaqsınız. Bu yolda bir vətəndaş olaraq hər zaman Sizinləyəm. Allah Sizi qorusun.”

Bakı şəhərinin  Nəsimi rayonundan Heyran Vəkilova: “Hörmətli cənab Prezident! Sizə sadə, zəhmətkeş, ziyalı Azərbaycan vətəndaşlarının adından müraciət edərək təşəkkür etmək istəyirəm. Bütün dünyanı kabus kimi dolaşan, insanlarda qorxu hissi yaradan koronavirus pandemiyasına qarşı ölkəmizdə görülən tədbirləri dəstəkləyirik. Bütün xalqımız Sizin bizlərə görə amansız düşmənlə mübarizə apardığınızı gördü. Biz Sizinlə - uzaqgörən ölkə başçımızla fəxr edirik. Siz xalqın, yaşlı, aztəminatlı insanların qayğısını çəkir, xalqı bu bəladan qorumaq üçün gecə-gündüz çalışırsınız. Verdiyiniz qərarlarla, gördüyünüz qabaqlayıcı tədbirlərlə dünyaya örnək oldunuz. Allah Sizə, ailənizə, övladlarınıza uzun ömür, cansağlığı versin, xalqımızı bəlalardan qorusun. Ulu Tanrı Sizə kömək, xalqımıza dayaq olsun.”

Bakı şəhərinin Yasamal rayonundan Sima Xudaverdiyeva: “Hörmətli cənab Prezident! Bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Sizin və Mehriban xanımın bu pandemiyaya qarşı mübarizədə həyata keçirdiyiniz tədbirlərə görə dərin minnətdarlığımı bildirirəm. Mən karantin dövründə iki dəfə işsizlərə ayrılan birdəfəlik ödəmə, bundan əlavə ərzaq yardımı ilə təmin olundum. Sizin xalqsevərliyiniz, alicənablığınız və xeyirxahlığınız qarşısında baş əyir, Sizə və ailənizə cansağlığı, şərəfli işinizdə yeni uğurlar arzulayıram.”

Tərtər rayonundan  Qədim Səfərov, Çingiz Cabbarov,  Nəriman Əliyev və  Altay Cəfərov: “Möhtərəm cənab Prezident! Sizin diqqət və qayğınız sayəsində Tərtər rayonunda 10 cəbhəyanı kəndi birləşdirən, uzunluğu 33,5 kilometr olan Səhlabad-Əskipara-Qarağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Ərazidə kommunikasiya xətləri qaydaya salınıb, su ötürücüləri qoyulub. Artıq yolun Səhlabad-Əskipara-Qarağacı-Yuxarı Qaradağlı-Qapanlı-Yuxarı Qapanlı-Qazyan kəndlərini birləşdirən hissəsinə asfalt döşənib. Avtomobil yolunun yenidən qurulması biz Yuxarı Qapanlı və Qazyan kəndlərinin sakinlərinin də böyük sevincinə səbəb olub. Çünki gediş-gəlişimiz rahatlaşıb, yük və sərnişin daşınması asanlaşıb, kənd təsərrüfatı məhsullarını mənzil başına vaxtında və itkisiz çatdırırıq. Möhtərəm cənab Prezident, biz cəbhə bölgəsinin sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Nə yaxşı ki, Sizin kimi Prezidentimiz var. Tanrı Sizi qorusun. Biz tərtərlilər həmişə Sizinləyik.”