21 oktyabr 2020 16:06
855

Sərkisyan: Güllə danışdıq, protokol imzaladıq, Ərdoğan isə...

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasından çox şey qazana bilər.

"İki sahil" Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan İngiltərənin "İndependent" jurnalına verdiyi müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə münasibətlərini yaxşılaşdırmağa çalışırdı: “2008-ci ildə prezident seçildiyim zaman o vaxtkı Türkiyə prezidenti Abdullah Gülü Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dair danışıqlara başlamaq üçün İrəvana dəvət edərək yeni bir təşəbbüslə çıxış etdim. Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasından çox şey qazana biləcəyini dərk edirdim. Demək olar ki, bunu bacarırdıq. Hətta Ermənistan və Türkiyənin xarici işlər nazirləri 2008-ci ilin 10 oktyabrında Sürix protokollarını imzaladılar. Lakin bir gün sonra Türkiyənin o zamankı Baş naziri Ərdoğan protokolların təsdiqlənməsinin yalnız Ermənistan ordusu Qarabağdan çıxdıqdan sonra mümkün olacağını bildirdi”.