02 dekabr 2020 15:19
927

Sərt tədbirlərə mütləq əl atılmalıdır

Azərbaycanda COVİD-19-a yoluxma ilə bağlı vəziyyət elə bir həddə gəlib çatıb ki, sərt tədbirlərə mütləq əl atılmalıdır.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, insanlar nə qədər bir yerə çox toplaşacaqsa, bir o qədər də yoluxma sayı çox olacaq:

“Ona görə də ciddi qərarlar qəbul edilməlidir. Əks halda, xəstəxanalarda yer qalmayacaq. Sərt tədbirlər görülməsə, yoluxma sayını azaltmaq mümkün deyil”.

A.Allahverdiyev qeyd edib ki, karantin tədbirlərinin yumşaldılması, müharibənin başlaması COVİD-19-u 2-ci plana keçirdi və ya tam unutdurdu. Bunun sayəsində xəstəlik sayı 4000-ü ötüb, ölüm sayı da artıb.