Böyük Britaniyada keçirilən Beynəlxalq Gənc İnnovasiyalar ( BIEA 2020) müsabiqəsində ölkəmizi təmsil edən komanda uğur qazanıb.
"İki sahil" xəbər verir ki, finalda yer tutan 12 komandadan biri də Azərbaycan komandası olub. Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri Ruslan Bayramov, Elvin Bilalov və Süleyman İsmayılov "Best Effort Award" nominasiyası üzrə yarışmanın ən yaxşısı seçiliblər.
2019-cu ildən Londonda keçirilən müsabiqənin builki mövzusu “Sahilləri qoruyaq” adlanır. Məktəblilərimizin sudan və qurudan plastik tullantıları təmizləmək üçün hazırladıqları qurğu xarici mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.
Şagirdlərimizin nailiyyəti haqda məlumat xarici mətbuatda da dərc olunub.
İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb