Bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun nəşi Qəbələ rayonuna aparılır.
Yüzlərlə rayon sakini generalın cənazəsini qarşılamaq üçün toplaşıb.
Qeyd edək ki, general-mayor Polad İsrayıl oğlu Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndindən anadan olub. Sumqayıt şəhərində yaşayıb.
Şəhid Həşimov Aprel döyüşlərində də iştirak edib. O, göstərdiyi şücaətə görə təltif edilib.