06 avqust 2019 16:04
960

Şəhid gizirin anım mərasimi keçirildi -  VİDEO

Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində şəhid gizir Pərvin Əliyevin anım mərasimi keçirilib.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, xüsusi təyinatlı hərbi təhsil müəssisəsinin kursantları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasim iştirakçılarına şəhid gizir Pərvin Əliyevin keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib. Şəhidin oğlu Riyad Əlilinin atasının şərəfli ömür yolunu davam etdirmək məqsədilə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olması tədbirə toplaşanların diqqətinə çatdırılıb.
Çıxış edənlər Pərvin Əliyev kimi oğullarımızın Ordumuzun düşmənə  qarşı apardığı döyüşlərdə göstərdikləri şücaətdən, 2016-cı ilin Aprel döyüşlərindən və ordu quruculuğunda baş verən uğurlu dəyişikliklərdən danışaraq, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğını xüsusi vurğulayıblar.
Sonra şəhid gizir Pərvin Əliyevə həsr olunan “Təki Vətən sağ olsun” bədii-sənədli filmi nümayiş etdirilib.
Bədii hissə ilə davam edən tədbirin sonunda xatirə fotosu çəkdirilib.