24 noyabr 2020 11:39
593

Şəhidimizin  vəsiyyəti ilə məzarı başında "Qalatasaray" bayrağı asıldı

Qaxın Qorağan kəndindən olan şəhid Fərid Dursunovun məzarının üzərində Azərbaycan bayrağı ilə birlikdə "Qalatasaray bayrağı da asılıb.

“İki sahil” xəbər verir ki, şəhidimizin vəsiyyəti ilə bu addım atılıb. "Qalatasaray" azarkeşi olan Fərid şəhid olacağı təqdirdə, məzarının üstündə İstanbul təmsilçisinin də bayrağının dalğalandırılmasını istəyib və onun vəsiyyəti yerinə yetirilib.

Şəhidimin məzarında hər iki bayrağın olduğu görüntülər sosial şəbəkədə yayılıb.