09 dekabr 2019 21:14
958

Şəkidə şəkər çuğunduru əkininə maraq artıb

Uzun illər fasilədən sonra şəkili fermerlər bu il yenidən şəkər çuğunduru əkininə maraq göstəriblər.

Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə torpaq mülkiyyətçiləri tərəfindən rayonda 35 hektar sahədə şəkər çuğunduru becərilib, 844,8 ton məhsul əldə olunub. Hər hektardan orta məhsuldarlıq 241,4 sentner təşkil edib. Yığılan məhsul İmişli şəkər çuğunduru zavoduna təhvil verilib.