16 yanvar 2021 13:35
631

Şəmkir və Daşkəsəndə şəhid və qazi ailələri ziyarət edilir - FOTO

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış “Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin  Diyanet İşleri Başkanlığı, Türkiyə  Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə on səkizinci yardım aksiyası olaraq Şəmkir və Daşkəsən rayonunu əhatə edən şəhid və qazi ailələrimizin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verilib.

"İki sahil" xəbər verir ki, deputat Ramil Həsən bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə  hər tərəfli şərait yaradan, ev sahibliyi edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə və Milli Məclisin deputatı Kamran Bayramova xüsusi təşəkkürünü bildirib.