11 fevral 2019 15:07
220

Şirvan sakinindən narkotik maddə götürülüb

Hacıqabulda Şirvan şəhər sakinindən narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan şəhər sakini 47 yaşlı Dildar İsmayılov saxlanılıb. Onun üzrinə keçirilən baxış zamanı ümumi çəkisi 21,246 qram heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaq orqanına təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.