12 avqust 2020 21:43
1396

Şotlandiyada qatar reysdən çıxıb

Şotlandiyada qatarın reysdən çıxması nəticəsində maşinist də daxil olmaqla üç nəfər həlak olub. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın nəqliyyat polisi məlumat verib.

“Çox təəssüf ki, paramedikslərin  bütün səylərinə baxmayaraq, üç nəfərin hadisə yerində öldüyünü təsdiqləyirik”, - məlumatda deyilir.

Polisin məlumatına görə, həlak olanlar arasında qatarın maşinisti də olub, daha altı sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.