14 mart 2019 10:41
1573

Sifarişi dağıdıcı müxalifətə məkrli xarici dairələr verir - İKİSAHİL TV

Bu gün olmayan başını  itirmiş dağıdıcı müxalifətdə kimin ağlına nə gəlir onu da edir.  Başqa ölkələrdə həyata keçirilən mitinq və digər aksiyalardan ruhlanan dağıdıcılar bu gün də sosial şəbəkələrdə Əlcəzairdəki mitinqlərdən görüntülər yaymaqla məşğuldurlar. Guya bu hərəkətləri ilə xalqa çağırış edirlər. Uzun illərdir başqa ölkələrdə baş verən inqilablardan vəcdə gələn bu məlunlar hələ də başa düşmürlər ki, xalq onları yaxşı tanıyır.

“Dabbaqda gönlərinə də bələddir”. Xalq yaxşı bilir ki, Əli Kərimli və onun əlaltıları  hakimiyyətə qarşı hər cür destruktiv dairələrlə əməkdaşlığa hazırdır və xaricdəki havadarları ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmağı bir vəzifə kimi onun qarşısına qoyublar. Hər zaman Əli Kərimli xarici anti-Azərbaycan dairələrdən aldığı pullarla ölkəmizə, müstəqilliyimizə qarşı mübarizə aparan erməni lobbisi ilə bir səngərdə yer alıb. Ermənipərəst qüvvələrdən qidalanan  bu ünsürlərin başlıca məqsədi xalq arasında qarşıdurma, xaos yaradaraq ölkəmizi zəiflətməkdən ibarətdir. Hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, Əli Kərimlinin populist çıxışları onun şəxsi illüziyalarından başqa bir şey deyil.

Milli Məclisin deputatı Cavid Osmanov İkisahil.TV-yə açıqlamasında bildirdi ki, ölkəmizdə olan dinc və sabit həyat tərzinə qarşı çıxan satqın və xəyanətkarlar heç zaman unudulmur, yaddan çıxmır. AXC-Müsavat hakimiyyətinin bəzi təmsilçiləri istər iqtidarda olduqları dövrdə, istərsə də müxalifətdə olduqları zaman yalnız antimilli, dağıdıcı mövqe tutublar.  Əli Kərimli kimilər Azərbaycanın siyasi tarixinə satqın və xəyanətkar kimi düşmüşdür. Hər zaman xalqın nifrətinə tuş gəldikləri üçün bütün ümidlərini xaricdə olan, müstəqil Azərbaycanın varlığına qarşı çıxan qüvvələrə bel bağlayıblar. Onlardan aldıqları pullar hesabına ölkədə sabitliyi pozmağa cəhd edirlər.  Ölkədə aparılan islahatları dəyərləndirmək əvəzinə ancaq antitəbliğatla məşğuldurlar. Çünki onlar ölkə Prezidentinin nüfuzunun xalq arasında daha da artmasından narahatdırlar.

C.Osmanov qeyd etdi ki, antimilli ünsür üçün Vətən, dövlət və xalq anlaşıyı yoxdur.  Onlar üçün əsas olan xaricdən gələn qrantlardır ki,  ölkəmizdə qarışıqlıq  yaratsınlar. Dəfələrlə olub ki, AXCP-dən istefa verən şəxslər bildiriblər ki, Əli Kərimli Azərbaycan xalqının maraqlarını deyil, başqa-başqa dövlətlərin, qurumların, xüsusilə erməni lobbisinin maraqlarını həyata keçirməklə məşğuldur.

Sosial şəbəkələrdə dağıdıcı fəaliyyətlərini davam etdirən bu antimilli mikroblar ölkəmizin əleyhinə təbliğat aparmaqla xaricdəki ermənipərəst “ağalarından” qrant almaqla məşğuldurlar.

Milli Məclisin deputatı xüsusi olaraq vurğuladı ki, anti-Azərbaycan qüvvələrin ölkəmizdə keçirilən tədbirləri siyasiləşdirmək, Azərbaycana qarşı “piar” kampaniyası aparmaq, ölkəmizi nüfuzdan salmaq cəhdləri həmişə uğursuzluqla nəticələnib.  Əli Kərimli və onun ətrafındakı ünsürlər başa düşməlidirlər ki,  onların Azərbaycandakı sabitliyi pozmağa gücləri çatmayacaq. Çünki ölkədə sabitliyi pozmağa xidmət edəcək aksiyalara cəmiyyətdən sifariş yoxdur. Sifarişi dağıdıcı müxalifətə məkrli xarici dairələr verir. Bu məsələ ilə bağlı Prezident İlham Əliyev bildirib: “Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur. Onlara xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin - “beşinci kolon”un ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək.”

Şəmsiyyə Əliqızı, “İki sahil”