24 sentyabr 2020 13:09
912

Siqaret "çəkən" xərçəng fenomen oldu - VİDEO

Qısqaclarında tutduğu siqareti tüstülədə-tüstülədə çimərlikdə gəzən xərçəng barədə görüntülər böyük maraq yaradıb.

"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, video Hindistan Meşə Xidmətinin zabiti Susanta Nanda tərəfindən çəkilib.

“Xərçəng siqaret çəkir, bu xərçəng xəstəliyi ilə nəticələnə bilər. Bu dəhşətli yuxu kimidir”, - deyə Nanda videoya şərh yazıb.

Sosial şəbəkə istifadəçiləri videonu birmənalı qarşılamayıb. Bəziləri görüntülərin məzəli olduğunu düşünsə də, bir çoxları ətrafı zibilləməyin acı fəsadlarından söz açıb.