13 may 2019 20:46
1583

Sirlərlə dolu Antarktida

Dünya alimləri XIX əsrdən başlayaraq Antarktidanı tədqiq etməyə başlayıblar.

“Ölkə.Az” xəbər verir ki, bununla belə, 200 il ərzində buzlu qitə haqqında kifayət qədər məlumat əldə etmək mümkün olmayıb. Bununla yanaşı, buzlu torpaqda kəşf edilən hər şey sirr olaraq qalır.

Amam etiraf etmək lazımdır ki, alimlər 200 il ərzində az da olsa hansısa maraqlı kəşflərə imza ata biliblər. Məsələn, ötən əsrin əvvəlində Antarktidada “qanlı şəlalə” kəşf edildi. Sadəcə bu yaxınlarda alimlər bu şəlalənin sirrini aça bildilər. Məlum oldu ki, buzaltı gölün tərkibində olan dəmir oksidinin miqdarı o qədər çoxdur ki, suyun rəngini dəyişir. Bəs bu göl orada necə yaranıb?

Alimlər həm də Antarktidadakı qəribə səslərin də sirrini açıblar. Məlum olub ki, bu səsləri aysberqlər və külək yaradır. Amma materikin dibindən gələn qəribə səslərin mənbəyi hələ də bilinmir. Bundan başqa, Misir piramidalarına bənzəyən piramidalar da sirr olaraq qalıb. Bunları kim inşa edib?

Buzlu qitədə virtual arxeoloqların xəritələrdə kəşf etdikləri UNO izləri, üçbucaq buzlar, digər artefaktlar da sirr olaraq qalır. La Pail bölgəsindən tapılan uzun insan kəllə sümüklərini də buraya daxil etmək olar. Birincisi, Antarktidada heç vaxt insanlar yaşamayıb. İkincisi, bu tip kəllə sümükəri Misirdə və Peruda tapılıb. Bu barədə araşdırmalar hələ də davam edir.

Bundan başqa, buzlu qitədə yeraltı bazarlar, mağaralarda yatan azmanlar, buz altında yaşayan reptiloidlər barədə də konspiroloqların iddiaları var.