10 may 2020 14:48
1022

Siyavuş Novruzov: Ulu Öndər Heydər Əliyev xalqa xidmət etməyin mümkünlüyünü sübut edib -  VİDEO

"Ümummilli Lider Heydər Əliyev öz xalqını, millətini və dövlətini çox sevirdi. Ona görə də fəaliyyətində əsas məqsəd xalqının, Azərbaycan dövlətinin maraqları idi".
Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov "Yeni Tv"-nin efirində bildirib.
S.Novruzov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev zamanından, məkanından, tutduğu vəzifədən asılı olmayaraq xalqa xidmət etməyin mümkünlüyünü sübut edib: "Bəzisi deyir ki, vəzifəm olsaydı, daha yaxşı xidmət edərdim. Digəri deyir ki, istefada olduğuma görə xidmət göstərə bilmədim. Lakin Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqının maraqlanını qorumaq üçün həyatını qurban verməyə hazır olub. Bunun nəticəsi olaraq, bu gün müstəqil Azərbaycan dövləti yaranıb".
Komitə sədri deyib ki, Yeni Azərbaycan Partiyası olmasaydı, bu nəaliyyətlər də olmazdı: "Bu nəaliyyətlərin altına imza atan Yeni Azərbaycan Partiyasıdır. Partiyanın yaradıcısı, qurucusu Ümummilli Lider Heydər Əliyevdir. Bu gün isə partiyanın sədri möhtərəm Prezidentimiz İlham Əliyevdir".