05 noyabr 2019 19:26
1304

Sizi təəccübləndirəcək faktlar

Gündəlik həyatımızla bağlı müxtəlif maraqlı hal və faktlarla çox yerdə qarşılaşmısınız. Ancaq əmin ola bilərsiniz ki, aşağıdakı informasiyalar sizin üçün yeni olacaq və dünyagörüşünüzü genişləndirəcək:

Son əlli ildə dünya meşələrinin 70 %-i insanlar tərəfindən məhv edilib.

Təəccüblü olsa da, Yer kürəsinin böyük hissəsinin sakinləri indiyədək qarın nə olduğunu bilmirlər.

Maraqlı adətləri ilə seçilən ölkələrdən biri də Finlandiyadır. Orada kişilərin xanımlarını qucaqlarında daşıması çempionatı keçirilir. Qaliblər həyat yoldaşının çəkisi qədər pivə mükafat alırlar.

Ağ balinanın ürəyi bir “Volkswagen Beetle” maşını boydadır.

Yalnız qızlarda və atlarda bəkarət pərdəsi olur.

Kalibri yeganə quşdur ki, geriyə doğru, arxa tərəfi önə olmaqla da uça bilir.

Yer üzündə nadir peşələr çoxdur. Onlardan biri də “pinqvin mütəxəssisləri”dir. Qütb stansiyalarının yaxınlığında yaşayan pinqvinlər, göy üzündə uçan vertolyotlara fəal reaksiya verirlər. Heyvanlar vertolyotu görmək üçün başlarını qaldırıb arxaya əyirlər. Pinqvinlərin boyunları qısa və bədənləri ağır olduğundan belləri üstə düşür və orada yatırlar. Pinqvinlər özlərini qaldıra bilmirlər, buna görə də vertolyotun hər uçuşundan sonra bir mütəxəssis onlara qalxmağa kömək etmək üçün qaçır. Əks halda onlar ölmüş olarlar.

Maraqlı da olsa, dünyada ən çox yayılmış dil Çin dilidir. İkinci ən geniş yayılmış dil isə ispan dilidir. İngilis dili isə üçüncü yerdədir. Ehtimal ki, 5-10 il sonra insanlar fəal şəkildə Çin dilini öyrənməyə başlayacaqlar, çünki artıq demək olar ki, hər bir şey Çində hazırlanır.

Dünyada ən maraqlı maddələrdən biri də baldır. Bal heç vaxt xarab olmayan yeganə qida məhsuludur. Hətta Misir fironlarının birinin məbədində tapılan balın tərkibini yoxlayan alimlər onun hələ də yeməli olduğunu bildirmişdilər.

Müasir dünyada insan gün ərzində 30 il bundan əvvəl qəbul etdiyi informasiyadan 5 qat artıq informasiya alır.

Başına hindqozu düşərək, hər il 150-dən artıq insan dünyasını dəyişir.

Norveçdə bizdən fərqli olaraq, ictimai nəqliyyatda özündən yaşlılara yer vermək yaxşı hərəkət sayılmır. Orada hesab edirlər ki, bununla qarşındakını alçaldaraq, özünün ondan fiziki cəhətdən üstün olduğunu göstərməyə çalışırsan.

Qartallar yalnız uçuş zamanı cütləşirlər.

“Hipopituitarizm” bir insanın sevgi hiss edə bilməməsi xəstəliyidir.

Köpək balığı 100 litr suda kiçik bir qan damlasının qoxusunu hiss edə bilər;

Alimlər sübut ediblər ki, səhər işə gedəndə həyat yoldaşını öpərək evdən çıxan  kişilər daha çox qazanırlar və uğurlu karyeraya malik olurlar.

İnsan dartınma hərəkətləri edərkən orqanizmdə xoşbəxtlik hormonu-endorfin ifraz olunur.

Demək olar ki, bütün geyim mağazalarında güzgülər insanı daha şux və incə göstərir.

Bambuk ağacı sutkada 31 sm böyüyür.

Buqələmunun dili bədənindən iki dəfə uzundur.

“Komodo” adlı nəhəng kərtənkələ növü vardır. Onlar qaban və maral ovlayırlar.

Yayılmış stereotiplərin əksinə olaraq, şimal qütbündə pinqvinlər yaşamır.

Sürücülər ovçulardan daha çox maralların ölümünə səbəb olurlar.

Nyu Cersi ştatının Kreskil şəhərində pişiyin boynundan 3 zəng asırlar ki, quşlar onun varlığından xəbərdar olsunlar.

Köpək balığı hətta dünyaya gəlməzdən əvvəl də təhlükə saçır. Belə ki, alim Stuart Springer, hamilə bir köpək balığının daxilini araşdırarkən köpək balığı embrionu tərəfindən dişlənmişdi.

Alimlər müəyyən ediblər ki, meşələrdə qoz, fındıq ağaclarının milyonlarla artmasına səbəb dələlər olublar. Onlar tapdıqları qoz-fındığı gizlətmək üçün torpağa basdırır, lakin sonradan onları tapa bilmirlər.

Keniyada hər ailə büdcəsinin üçdə biri rüşvətə xərclənir.

Bütün ömrüboyu pişiyin 100-dən artıq balası ola bilər.

Nubar Süleymanova, “İki sahil”