24 sentyabr 2019 10:28
730

Sızma aşkar olunub

ABŞ-ın Kaliforniya ştatının Santa Barbara  əyalətinin yanğınsöndürənlərinin verdikləri məlumata görə, Santa Mariya  şəhərində yerləşən  “ERG Operating Company”  şirkətinin yaxınlığında ötən həftənin cümə günü  neft sızması müşahidə olunub.   Yanğın departamenti hadisənin ilkin olaraq 11:45 radələrində  Bell Lease adlı ərazidə  qeydə alındığını bildirib .

“Iki sahil” “edhat.com” saytına istinadən xəbər verir ki,  mütəxəssislər sözügedən ərazidən əməliyyat zamanı  su ilə qarışıq 330 barrel neft aşkar ediblər. Sızmanın ətraf mühitə təsirinin olmadığı qeyd edilib.

Neft və qaz mütəxəssisləri  hadisənin səbəbini və əks təsirlərini araşdırırlar.