ABŞ-ın Sahil Gözətçiliyi Nyu-Orlean limanının cənub-şərqindən 65 km aralıdakı ərazidə baş verən sızmanın qarşısını almağı planlaşdırır. Hava şəraiti əlverişli olarsa bu həftənin sonuna qədər əməliyyatlara başlanılacaq. “Time Energy LLC” şirkətinə məxsus boru xəttində yaranan problem nəticəsində təxminən 3000 və 3800 litr neft sızaraq ərazini çirkləndirmişdi.
“İki sahil” ktbs.com saytına istinadən xəbər verir ki, tez-tez baş verən sızmalar canlı təbiətə hələ ki, ziyan verməsə də, federal bürolar artıq baş verən sızmaların qarşısını birdəfəlik almağı nəzərdə tutan müqavilələri imzalamağa başlayıblar.
Leyla,
“İki sahil”