Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
16 oktyabr 2020 20:36
449

Slovakiya yığması baş məşqçini qovdu

Futbol üzrə Slovakiya millisi baş məşqçisi Pavel Hapal ilə yollarını ayırıb.

"İki sahil" "Report"-a istinadən xəbər verir ki, Slovakiya Futbol İttifaqının (SFZ) rəsmi saytında məlumat yerləşdirilib ki, 51 yaşlı mütəxəssis Millətlər Liqasındakı nəticələrə görə istefaya göndərilib.

SFZ rəhbərliyi komandanın Şotlandiyaya 0:1, İsrailə 2:3 hesabı ilə uduzduqları görüşü qeyri-kafi hesab edib. Millinin yeni baş məşqçisinin adı çərşənbə axşamı açıqlanacaq.

Qeyd edək ki, Slovakiya yığması AVRO-2020-nin pley-off mərhələsinin finalında Şimali İrlandiya ilə üz-üzə gələcək. Qarşılaşma noyabrın 12-də gerçəkləşəcək.