11 avqust 2020 14:54
850

Slovakiyada üç rus diplomat casusluqda ittiham olunub

Slovakiyada üç rus diplomat casusluqda ittiham edib və onların ölkədən çıxarılması barədə qərar verilib.

Slovakiya Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib. Bildirilib ki, xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan üç diplomatın fəaliyyəti Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının müddəalarını kobud şəkildə pozub.

Slovakiya XİN-in sözçüsü Yuray Tomaqa ölkədən çıxarılacaq diplomatların adlarını açıqlamasa da, onların ağır cinayət hadisəsi ilə əlaqəli olduqlarını bildirib. Diplomat statuslu şəxslərin Slovakiyanın Sankt-Peterburqdakı konsulluğunda təqdim edilən vizalardan sui-istifadə etdiklərini bildirən XİN rəsmisi onların Avropa İttifaqının hansısa ölkəsində ölümlə nəticələnən ağır cinayət əməli ilə bağlılıqda ittiham olunduqlarını deyib. Hər üç diplomat qarşısında bu həftənin sonunadək Slovakiya ərazisini tərk etmək tələbi qoyulub.

Rəsmi Bratislava baş vermiş hadisəyə rəğmən, Rusiya ilə ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb. //AZƏRTAC