20 yanvar 2021 05:59
711

Smartfonlar üçün 200 meqapiksellik kameralar

"Samsung" şirkəti 2021-ci ildə rekord təsvir ölçülü kameraya malik smartfonunu təqdim edəcək. Bu haqda öz "Twitter" mikrobloqunda "Ice Universe" şəbəkə insayderi məlumat verib.

"İki sahil" xəbər verir ki, nüfuzlu mütəxəssisin sözlərinə görə, Cənubi Koreya şirkəti kameralar üçün 200 meqapiksellik təsvir ölçüsünə malik sensor hazırlayır. Sensor "ISOCELL" tərəfindən istehsal ediləcək. "Ice Unvierse" şəbəkə insayderi belə kameraya malik smartfonların çıxarılma müddətini dəqiqləşdirməyib, amma bildirib ki, tezliklə 200 mp-lik kameralar əlçatan olacaq.